Tərlan Novxanının əlavə biznesi var?

MAQAZİN
12:20 / 08.09.2025
63

Son illərdə bir çox məşhur özünə biznes qurub. 

Bəziləri butik açmağa üstünlük verir. Üstəlik, həmin butikdə satılan geyimləri özləri də geyinərək və "Instagram"da paylaşaraq reklam edirlər. Bəzi müğənnilər isə hansısa restoran açırlar. Həm özləri, həm də başqa həmkarları orada çıxış edir. 

Həmçinin, başqa bizneslərlə də məşğul olan tanınmışlar var. Eyni zamanda, adını brendə çevirən məşhurlarımız da olur. Düzdür, bu nümunə kifayət qədər az olsa da, var. 

Son illərin ən populyar müğənnilərindən olan Tərlan Novxanı isə əlavə biznesinin olmadığını deyib. O, Hit.az-a açıqlamasında sadəcə səsyazma studiyası olduğunu söyləyib:

"Hələ ki, hansısa biznesim yoxdur. Düzdür, bir neçə dəfə cəhd etmişəm. Lakin uğurlu olmayıb. Hazırda sadəcə səsyazma studiyam var. Onu isə biznes saymıram. Çünki orada əsasən öz işlərimizi görürük. Ümumilikdə isə həmin səsyazma studiyasından gələn gəlir elə oranın xərclərini ödəyir".

Pərviz

0