Cavan Zeynallı yenidən evlənmək istəyir?

MAQAZİN
16:16 / 11.09.2025
50

Xalq artisti Cavan Zeynallı yenidən ailə qurması haqda sualları cavablandırıb.

Müğənni bu haqda "Günə uğurla" verilişində aparıcı Yaıçın Uğurun suallarını cavablandırarkən deyib. 

Cavan Zeynallı "Deyirlər, yenidən evlənmək istəyirsiniz" sualına "Hər yaxşı adam istəyər yeni ailə qursun. Belə alınmır. Zəmanə getdi başqa yönə. Gözəl qadınlar, qızlar küçədə məni saxlayıb, şəkil çəkdirirlər. Deyirlər, olar gələk sizin yanınıza bizim üçün mahnı çalasınız. İndi təhlükə var" cavabını verib.//Axşam.az 
 

0