"O müğənni ilə heç vaxt barışmaram" - Manaf Ağayev

MAQAZİN
23:49 / 28.09.2025
40

Müğənni Manaf Ağayev küsülü olduğu keçmiş dostu Mətanət Əsədova ilə münasibətindən danışıb.

Bir daha keçmiş həmkarı ilə yan-yana gəlməyəcəyini bildirən sənətçi bu sözlərlə fikirlərini əsaslandırıb:

"Barışıq ola bilməz. İçini göstərdi, başqa nə ola bilər? Onunla eyni verilişə gəlmərəm. Proqrama rahat olacağım adamla qatılıram. Niyə narahat olduğum adamla gəlim ki? Cüzi bir inciklik oldu. Məndən söhbət gedəndə sən oturub baxırsansa, mənə elə dost lazım deyil. Mən sənə qarşı elə olmamışam. Tərifləməyin lazım deyil, düzünü danış".//(Milli.az)

0