Tərlan Novxanı yenidən Naili İmranla duet oxuyacaq? - AÇIQLAMA

MAQAZİN
12:00 / 29.09.2025
50

Məşhur müğənni Tərlan Novxanı yenidən diqqət mərkəzinə düşüb.

O, son günlərdə bir neçə məkanda Naili İmranla bir araya gəlib. Sevilən ifaçılar populyar duetlərini səsləndiriblər. Onların yenidən bir araya gəlməsi isə yeni duet iddialarını gündəmə gətirib.

Maraqlıdır, Tərlan Novxanı Naili İmranla yenidən duet oxuyacaq? Bu barədə çalışmalar gedirmi?

Bununla bağlı Tərlan Novxanı ilə əlaqə saxladıq. O, bu barədə Hit.az-a açıqlama verib:

"Bəli, Naili İmranla "Bimar" adlı duetim çox sevildi. Çünki mənim ən uğurlu mahnımı duet oxumuşuq. Düzdür, o mahnını Şəbnəm Tovuzlu və Uluqbek Raxmatullayev ilə də oxumuşam. 

Lakin Naili İmranla fərqlilik edərək dueti həm Azərbaycan, həm də rus dilində oxuduq. Bu da çox sevildi. Həmçinin, Naili xanımla "Qal" adında başqa duetimiz də var. Həmin duetimiz də sevilib və möhtəşəm alınıb". 

Tərlan Novxanı Naili İmranla yeni duet ola biləcəyini istisna etməyib:

"Hələ ki, yeni duet hazırlığı yoxdur. Amma Naili İmranla yeni duet oxumaq istəyərəm. O, mənim üçün xətri əziz olan insandır. Bəlkə də yaxın gələcəkdə yeni duet oxuyarıq".

Pərviz

0