Keyt Urban Nikol Kidmandan ayrıldıqdan sonra özünə yeni sevgili tapıb

MAQAZİN
21:38 / 01.10.2025
46

Müğənni Keyt Urban aktrisa Nikol Kidmandan ayrıldıqdan sonra özünə yeni sevgili tapıb. 

HİT.az xəbər verir ki, bu barədə TMZ mənbəyə istinadən yazıb.

"Bütün əlamətlər Keyt Urbanın başqa bir qadınla görüşməsinə işarə edir. Nikol bundan narahat deyol, amma o, şokdadır", deyə mənbə bildirib.

Keyt Urbanın iyun ayında baş verən Nikol Kidmandan ayrılmasından əvvəl və ya sonra yeni sevgilisi ilə görüşməyə başladığı bəlli deyil. Bu arada, ulduzların yaşadığı Neşvil şəhərinin sakinləri müğənninin mümkün xəyanəti barədə fərziyyələr səsləndirir. Sənətçilər özləri də söz-söhbətlərə susurlar.

Sentyabrın 30-da Nikol Kidman Keyt Urbandan boşanmaq üçün məhkəməyə müraciət edib. Sənədlərdə aktrisa boşanma səbəbi kimi barışmaz fikir ayrılıqlarını göstərib. Bununla belə, "Daily Mailnin mənbəsi hesab edir ki, cütlük Urbanın yeni sevgilisi səbəbindən ayrılıb.

Cütlüyün ayrılması sentyabrın 29-da elan edilib. TMZ onlarım yayın əvvəlindən ayrı yaşadığını, Urban uzaqda olarkən Kidmanın iki övladına baxma məsuliyyətini öz üzərinə götürdüyünü bildirib.

Samir

0