Müğənni Cennifer Lopez "Hörümçək qadının öpüşü" filminin premyerasında yenidən bir araya gəldikdən sonra keçmiş əri, aktyor Ben Affleklə münasibətlərini bərpa etmək fikrində deyil.
HİT.az bu barədə "People" portalına istinadən xəbər verir.
"Cenniferin işləri yaxşı gedir. O, diqqətini onu xoşbəxt edən şeyə - ailəsinə və işinə cəmləyib. Həmişə Ben ilə işləməkdən həzz alıb və bu, dəyişməyib. Bununla belə, onların romantikasını yenidən alovlandırmaqdan söhbət gedə bilməz", deyə mənbə bildirib.
Mənbə əlavə edib ki, məşhurlar arasında dostluq münasibətləri var. Onlar hər ikisi birlikdə əldə etdikləri ilə fəxr edirlər.
Oktyabrın 6-da Cennifer Lopez baş rolda çəkildiyi “Hörümçək qadının öpüşü” filminin premyerasına qatılıb. Filmin baş prodüseri kimi fəaliyyət göstərən Ben Afflek də özəl tədbirdə iştirak edib. Keçmiş cütlük birlikdə foto çəkdirib. Aktyor bir kadrda qolunu keçmiş sevgilisinin belinə qoyub.
Samir