Aktrisa: Övladlığa uşaq götürmək istəmirəm, çünki...

MAQAZİN
18:45 / 14.10.2025
51

Aktrisa Cennifer Aniston "Kreslo Eksperti" podkastında sonsuzluqla mübarizəsinə baxmayaraq, heç vaxt övladlığa uşaq götürməkdə maraqlı olmadığını etiraf edib.

HİT.az xəbər verir ki, o, bu barədə aparıcının sualına cavab verərkən danışıb.

Bütün cəhdlərinə baxmayaraq ana ola bilmədiyini deyən aktrisa aparıcının övladlığa uşaq götürməməsinin səbəbi ilə bağlı suala belə cavab verib: "Mən övladlığa usaq götürmək istəmirəm. DNT-min o balaca insanda istəyirəm. Bu, tək yoldur, eqoist olsun, olmasın, nə olursa olsun, mən bunu istəyirəm".

Əvvəllər Eniston uzun illər sonsuzluqla mübarizə apardığını, o cümlədən in vitro gübrələmə (IVF) keçirtdiyini açıqlamışdı. İndi Eniston əlavə edib, o, artıq uşaq sahibi olmaq istədiyinə əmin deyil:

"Elə bir məqam var ki, bu, mənim nəzarətimdən kənardadır. Bu barədə sözün əsl mənasında edə biləcəyim heç bir şey yoxdur".

Cennifer Eniston iki dəfə evlənib. 2000-ci ildə aktrisa Bred Pittlə evlənsə də, 5 il sonra ayrılıblar. 2011-ci ildə "Dostlar" ulduzunun Castin Teru ilə görüşdüyü məlum olub. Onlar "Wanderlust" filminin çəkiliş meydançasında tanış olublar. Cütlük 2012-ci ilin avqustunda nişanlanıb və üç il sonra evlənib. 2018-ci ildə cütlük ayrıldıqlarını elan ediblər.

Samir

0