Hollivud aktrisası Nikol Kidman əri, müğənni Keyt Urbanla barışmağa və boşanma ərizəsini geri götürməyə hazırdır.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Cütlüyə yaxın bir məbə Nikol Kidman və Keyt Urbanın evliliklərində problem yaşadıqlarını, lakin həmişə onları həll etməyə çalışdıqlarını bildirib. Mənbənin sözlərinə görə, əri ayrıldıqlarını elan edəndə aktrisa şoka düşüb. Aktrisa boşanmaq üçün məhkəməyə müraciət etsə də, müğənni ilə münasibətini bərpa etməyə hazırdır.
"O, sevgi ilə onun yanına qayıdacaq", deyə mənbə bildirib.
Mənbə əlavə edib ki, məşhurlar arasında çox böyük sevgi olub, lakin onlar indi müxtəlif dünyalarda yaşayırlar.
Sentyabrın 30-da Nikol Kidman müğənni Keyt Urbandan boşanmaq üçün məhkəməyə müraciət edib. Sənədlərdə aktrisa boşanma səbəbi kimi barışmaz fikir ayrılıqlarını göstərib. Bununla belə, "Daily Mail" mənbəsi hesab edir ki, cütlüyün ayrılması Urbanın yeni sevgilisi ilə bağlıdır.
Cütlüyün ayrılması sentyabrın 29-da elan edilib. TMZ onların yayın əvvəlindən ayrı yaşadığını, Urban uzaqda olarkən Kidmanın iki övladına baxma məsuliyyətini öz üzərinə götürdüyünü bildirib.
Samir