Əməkdar artist Gülüstan Əliyeva "Günə uğurla" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, sənətçi oğlundan danışaraq kövrəlib. O, şəhid həyat yoldaşı Zahid Əhmədovu övladı üçün əvəz edə bilmədiyini deyib:
"Vaxtında mən də ailəmi seçmişdim. Hər bir qadın anadır. Ata kim olur-olsun övladı cəmiyyətə ötürən anadır. Övladıma ata ola bilməmişəm. Bunu 100 faiz əminliklə deyirəm. Oğlan uşaqları üçün ata çox vacindir. 44 günlük müharibə dövrünə nəzər salaq. O igidləri yetişdirən məhz analardır. Mənim övladım da cəbhədə oldu. Bizim analarımıza halal olsun. Lakin elə məqamlar, anlar olur ki, ata sözü, yumruğu, baxışı lazımdır".