44 yaşlı "Kapitan Amerika" ilk dəfə ata oldu

MAQAZİN
14:45 / 29.10.2025
56

"Marvel Cinematic Universe" filmlərində "Kapitan Amerika" rolu ilə tanınan Hollivud aktyoru Kris Evans ilk dəfə ata olub.

HİT.az xəbər verir ki, TMZ nəşrinə görə, onun 28 yaşlı həyat yoldaşı Alba Baptista uşaq dünyaya gətirib. Uşağın cinsi hələ açıqlanmayıb. 

Məlum olub ki, onun ilk övladı Massaçusets ştatında dünyaya gəlib. 

Məktəb illərində teatrla maraqlanan Evans sonradan Nyu-Yorka köçüb. Burada o, aktyor karyerasına başlayaraq, televiziya seriallarında və gənclik filmlərində rol alıb. Sonradan dünya şöhrətini "Marvel Cinematic Universe"də "Kapitan Amerika" rolu ilə qazanıb. Aktyorun digər tanınmış filmləri arasında “Knives Out”, “Sunshine”, “Avengers” və bir çox digər ekran əsərləri var.

Kris 2023-cü ildə Alba ilə evlənib. Toy mərasimi kiçik dairədə, yalnız yaxın qohumlar və dostlar üçün təşkil olunub. Qeyd edək ki, cütlük toy mərasiminə qədər 9 ay görüşüb.

Samir

0