Aktrisa Ana de Armas münasibətlərin çox sürətlə inkişaf etdiyini hiss edərək Tom Kruzdan ayrılmaq təşəbbüsünü özü göstərib.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Mənbələrin sözlərinə görə, de Armas fasilə verməyə qərar verib, çünki özünü rahat hiss etmədiyini anlayıb. Buna baxmayaraq, o, həmkarına hörmətini qoruyub saxlayır. Mənbələrə görə, onların arasında "inkarolunmaz bir yaxınlıq" var.
"Ona vaxt lazımdır. İndi onlar dost qalmaq istəyirlər", deyə mənbə bildirib.
Hollivud cütlüyü münasibətə başladıqdan doqquz ay sonra ayrılıb. Onlar elmi-fantastik qorxu filmi "Dərinlər"in çəkilişləri zamanı tanış olublar.
Samir


