Aparıcı Afaq Gəncəli Xalq artisti Brilliant Dadaşova ilə küsülüdür.
Axşam.az xəbər verir ki, aparıcı bu haqda "Mədəni şou" proqramında danışıb. O bildirib ki, uzun illərdir aralarında soyuq münasibət var.
Afaq B.Dadaşovanı proqramına dəvət etsə də, cavab almadığını deyib:
"Onun sənəti qarşısında baş əyirəm. Vaxtıikən nəsə ürəyincə olmayıb. Aydınlıq gətirmişik, amma... Brilliant Dadaşova sənətkardır, heç nə deyə bilmərəm. Dəvət göndərmişəm, amma cavab almamışam. Hərdən stilist Elnur Həsənovun salonunda görüşürük, danışırıq. Amma soyuqluğu hiss edirəm".

										
										
										
										
										
										
										
										
