Cinsi təcavüz ittihamı ilə üzləşən Cənubi Koreya aktyoru və "Kalamar Oyunu" serialının ulduzu O Yon Su bəraət açlıb.
HİT.az xəbər verir ki, BBC-nin xəbərinə görə, məhkəmə 81 yaşlı aktyorun barəsindəki hökmü ləğv edib. Məhkəmə hakimləri bildirib ki, O Yon Su cinsi zorakılıq məsələləri üzrə kurslar keçib və hadisənin çoxdan baş verdiyini nəzərə alaraq, qadının bəzi ifadələrinin səhv ola biləcəyi fərziyyəsini irəli sürüblər.
Hakimlər qeyd edib: "Qurbanın yaddaşının zamanla təhrif olunma ehtimalı var və şübhə olduqda, şübhəlinin xeyrinə hökm verilməlidir".
Aktyorun özü isə qeyd edib ki, məhkəmənin müdrik qərarına minnətdardır.
Aktyor üç il əvvəl cinsi təcavüz ittihamı ilə üzləşib. Ona qarşı ərizəni keçmiş həmkarı təqdim etmişdi; qadın onun özünü "icazəsiz qucaqladığını", "bədəninə toxunduğunu" və "icazəsiz olaraq yanağından öpdüyünü" bildirmişdi. Bu hərəkətlər 2017-ci ildə baş vermişdi. Əvvəlcə işin istintaqı dayandırılmışdı, lakin sonradan onun baxılması bərpa olunub.
2024-cü ildə "Ən Yaxşı İkinci Dərəcəli Kişi Rolu"na görə "Qızıl Qlobus" mükafatı laureatı günahkar hesab edilmişdi. Ona səkkiz aylıq şərti azadlıqdan məhrumetmə cəzası və iki illik sınaq müddəti elan edilmişdi.
Samir


