Samirədən Mənzurəyə cavab: "Hamı mənə "avro Samirə" deyirdi"

MAQAZİN
17:17 / 17.11.2025
41

Müğənni-meyxanaçı Samirə Yusifqızı ilə müğənni Mənzurə Musayeva arasında qalmaqal yaşanıb. Buna səbəb Samirə Yusifqızının 12 min manata kreditə qızıl boyunbağı alması ilə bağlı açıqlaması olub. Onun nisyə qızıl alamasını Mənzurə Musayeva qınayıb:

"Mən heç vaxt nisyə qızıl almamışam. Varımdırsa, taxmışam, yoxdursa da heç kimdən nə paltar, nə qızıl-brilyant istəmişəm".

Samirə Yusifqızı Qaynarinfo-ya isə açıqlamasında bildirib ki, onun taxdığı qızıllardan heç kimdə olmayıb:

"Prokat"a qızıl taxmaq düzgün deyil. Nisyə qızıl almaq sovetin dövründən qalıb. Biz o vaxtlar toylara gedəndə qızıl gətirirdilər, musiqiçilər də alırdılar. Tək mən deyil, bütün müğənnilər qızıllarını belə alıb. Hamı xırda-xırda, hər toydan bir qızıl alıb yığıb. Bütöv pulu vermək olmur, bir az baha çıxır. Burada nə var, ayıb şeydir? Hamının qazancını Allah özünə nəsib eləsin. Mənim qazancım övladlarımındır, nə qazanıramsa, onlar üçün xərcləyirəm. Allaha çox şükür. Mənim gördüyüm, taxdığım qızılları Bakıda heç kəs görməyib, bundan sonra da görə bilməz".

Samirə Yusifqızı 3 il Ərəbistanda işlədiyini bildirib:

"Ərəbistandan gələndə hamı mənə "avro Samirə” deyirdi. Kilolarla qızıllar gətirmişdim. Bunu bütün dost-tanışım görüb. Qoy indi kimlərin gözü qalıbsa, onlar taxsın. Görməmişlər taxsın".
 

0