Ötən gün ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılovanın borcunun bir qismini qızı, müğənni Aysun İsmayılova ödəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı prodüser Tarix Əliyev (Tolik) “Tarixin bir günü” proqramında açıqlayıb.
O bildirib ki, Aysun anasının borcundan 100 min manat ödəyib: “Aysun çox gözəl bir övladdır. O, gecə-gündüz bir gözü ağlayıb, digər gözü gülərək işlədi və həmin məbləğdən cüzi də olsa, onu topladı. 100 min manat az pul deyil. Rəqsanənin əziyyəti boşa getmədi”.
Qeyd edək ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur.


