"Vitamin" filminin rejissoru Faiq Nağıyev Xalq artisti Naibə Allahverdiyevanın pulunu vermək istəmir.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva bildirib.
Aktrisanın sözlərinə görə, sözügedən filmə çəkilmək üçün ona 1700-2000 manat qonarar vəd olunub:
"Faiq də mənə əlavə cib xərci olaraq 500 manat verəcəyini bildirdi. Dedim, müqavilə bağlayaq, razılaşdı. Səhər tezdən müqavilə bağlamadan zəng vurdu ki, gedirik çəkilişə. Getdik, indi də pulumu vermək istəmir. Mənə deyir ki, 500 manat verəcəyəm. Mən onun üçün nəyəm? Burdan rayona tanınmayan aktyor və aktrisa belə günü 100 manata çəkilişə getməz. Anlaya bilmirəm, o məni nə sayır? Xalq artistiyəmən, tanınmış bir aktrisayam. Bunu belə qoymayacağam".
Rejissor Faiq Nağıyev isə bu ittihamla razılaşmır, ilk gündən Naibə Allaverdiyevaya 500 manat verəcəyini dediyini bildirib:
"Hamıya verəcəyim pulun miqdarını dedim. Dedim, 500 manata gücüm çatır. Bunu da cib xərcliyi kimi verirəm. 20-22 nəfərin bir yerdə olması hamısı maliyyə tələb edir. Naibə xanım mənim işimi yarımçıq qoyub. Senaridə onun çəklişləri var idi, amma yarımçıq qoydu, çəkilmədi. Məcbur olub ona görə senarini dəyişdim. İndi də mənə deyir ki, 1700 manat verməlisən. Xeyir ola, bu hansı qanunda yazılıb? O mənim işimi yarımçıq qoyduğundan 250 manat pul verəcəyəm. Haraya istəyir müraciət etsin".


