Pərvin Abıyevadan etiraf: "Sağlamlığım ana olmağa imkan vermir" - VİDEO

MAQAZİN
12:36 / 24.11.2025
36
ARB TV-də yayımlanan "Mədəni Şou” verilişində qonaq olan Pərvin Abıyeva ilk dəfə olaraq üzu barədə cox maraqlı açıqlama verib. 
 
Aparıcının "Sənin həyatında övlad olacaq və hər şey onunla bağlı olacaq. Ümumiyyətlə, dünya sənin gözündə görünməyəcək - nə rəfiqə xəyanəti, nə başqa haqsızlıqlar. "Məni yalnız övlad xoşbəxt edə bilər" arzun nə vaxt reallaşacaq? Bu xəbəri də eşidək səndən, buyur" sualına Pərvin gözlənilməz cavab verib:
 
"Bu sualla çox tez-tez rastlaşıram. Bu barədə danışmağı özümə ar bilirəm, həm də pisimə gəlir. Suallar verilir, mən də ötüşdürürəm. Amma fikirləşirəm ki, artıq buna bir son demək lazımdır. Əlbəttə, ailə qurmaq da istəyirəm, ana olmaq da. Amma qeyd edim ki, ana olmaq üçün sağlamlığım ona uyğun deyil. Belə deyim, bu söhbəti bağlayaq".

0