"Telegram"ın qurucusu Pavel Durovun sevgilisi Yuliya Vavilova onunla münasibətlərindən danışıb.
HİT.az xəbər verir ki, o, "Instagram"da şəkillər və hekayə paylaşıb.
"O, mənə böyüməyə, gücümü, dərinliyimi kəşf etməyə və olmaq istədiyim qadın olmağa kömək edir. Mən adətən münasibətlərim barədə ictimaiyyətə danışmıram, amma bunu bölüşmək istəyirəm: Onun kimliyi ilə fəxr edirəm. Məni ən çox təəccübləndirən onun kimliyidir. O, həqiqətən dünyada ən yaxşı kişidir: müdrik, balanslı, inanılmaz dərəcədə xeyirxah və ətrafındakı hər şey üçün standartları yüksəldən biridir. Mən ondan çox şey öyrəndim - düşüncə tərzindən, həyata yanaşmasından, dəstəklədiyi dəyərlərdən", deyəDurovun sevgilisi yazıb.
25 yaşlı Yuliya Vavilova ingilis, ispan və ərəb dillərinin tərcüməçisidir. O, 40 yaşlı Durovla təxminən bir ildir ki, münasibətdədir. Vavilova 2024-cü ilin avqustunda Fransada həbs olunarkən iş adamı ilə birlikdə olub.
Yuliya həin vaxt sosial mediada Durovun həbsinin stressi səbəbindən körpəsini itirdiyini bildirib. Qadın çoxlarının Pavelin həbsində onu günahlandırdığını və bu da panik ataka səbəb olduğunu bildirib.
Samir


