Rənglərin nə məna verdiyini bilirdiz?

MAQAZİN
23:40 / 02.12.2025
28

Rənglərin insan həyatı və psixologiyası, fiziologiyasına özünəməxsus təsiri var. 

Hər bir rəngin özünəməxsus xüsusiyyətləri var və onlar barədə bilmək çox maraqlıdır. 

İnsan hansısa rəngin təsirindən xəstələnə və ya sağala, uğur qazana və ya uduza bilər.

Hit.az xəbər verir ki, hər bir rəng insan əhval-ruhiyyəsinə müəyyən təsir göstərir.

Bəzi rənglər sinir sisteminə qıcıqlandırıcı təsir göstərdiyi, güclü oyanma yaratdığı halda, digərləri əksinə, sinir sistemini sakitləşdirir. Bu səbəbdən də rənglərin insan psixologiyasına təsiri iki yerə ayrılır. 

Qırmızı - bu rəng enerji və dinamizm xüsusiyyətinə malikdir, qızışdırıcı, oyadıcır, sevinci təmsil edir.

 Qırmızı canlılığı, bir işi sonuna qədər aparan əzmi və qərarı göstərir. İştah açır. 

Ona üstünlük verən şəxslər fəal, işgüzar, liderlik qabiliyyətlidir, seksualdır.

Qırmızını xoşlayanlar daim diqqət mərkəzində olmağa çalışırlar. 

Yaşıl - təbiətin rəngidir, insanda inam yaradır. Yaşıl həm də yaradıcılığı gösrərir, sakitliyi sevən insanların rəngidir. 

Qara - gücü və bağlılığı təmsil edir. Qara rəngli geyimlərə üstünlük verən insanlara özünə qapalı, ciddi xarakterə malik, özündənrazı şəxslər daxildir. 

Mavi - insana sakitlik, dinclik, rahatlıq, məmnunluq, zəiflik hissləri gətirir. Mavi rəngin təsirilə qan təzyiqi, nəbzin döyünməsi və tənəffüs zəifləyir. Mavi rəngə üstünlük verən adamlar sakit və sahmanlı olur, səliqəsizlik və kədərdən azad mühitə, əhatəyə ehtiyac hiss edirlər. 

Bənövşəyi  rəngi sevənlər romantik,emosional olub, daim axtarışdadırlar.Onlar kəşf etməyi sevib, həyatın sirlərini açmağa can atırlar. Bu rəng, bir növ, barışdırıcı rəng kimi dəyərləndirilir. 

Sarı -  ümid, nikbinlik, zəka, incəlik rəngidir. Hər şeylə maraqlanan, artist əhval-ruhiyyəli adlamlar bu rəngi sevirlər. O da maraqlıdır ki, əsəbi şəxslər də sarıya üstünlük verirlər. 

Ağ - təmizliyi və saflığı təmsil edir. Bütün rənglərin sintezini təşkil edən ağ həm də ideal rəng hesab olunur. Ağ həm də xilaskar mənasını verir və buna görə, həkim xalatı bu rəngdə olur. Ağa üstünlük verənlər təmizliyi sevən və səliqəli insanlardır.

Boz - boşluq, həyatın inkarı rəmzlərin özündə birləşdirir. Boz rəngin seçilməsi daxili boşluq əlamətidir. 

Göy - sakitlik rəmzi olsa da, eyni zamanda güclü ehtiraslı insanların rəngidir. Bu rəng də geyinən insanlar emosionallığı, romantizmi, xoş xasiyyətləri ilə fərqlənir. başqalarını heyrətə gətirməyə can atırlar.

Sevinc

0