Heç bir müğənnini oğlunun toyuna çağırmadı

MAQAZİN
16:53 / 04.12.2025
23

Müğənni Almaz Saraylı övladının toyuna heç bir ifaçını dəvət etməyib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, söz-söhbətldən qaçmaq üçün bu addımı atıb:

"Müğənnilər məni ad günü və toya dəvət edirlər. Gedəndə quzu kimi otururam. Amma görürəm ki, o biri müğənnilər küsür: o deyir niyə mən oxumadım, bu deyir mənə söz vermədin. Onda gərək 100 gün toy edim ki, hamısının səhnəyə çıxmağa vaxt çatsın. Bir-iki ifaçı çağırdım".

0