Cef Bezosun xanımı kluba 10 min dollarlıq mini palto geyinib

MAQAZİN
21:12 / 10.12.2025
44

Jurnalist Loren Sançes və milyarder Cef Bezos birlikdə klubda olublar. 

HİT.az xəbər verir ki, bu barədə "Instуle" məlumat verib.

"Amazon" qurucusunun həyat yoldaşı kluba "Alaia" brendindən 10.000 dollarlıq mini palto geyinib. Cütlük Los-Ancelesdəki Bird Streets klubuna baş çəkib.

Cef Bezos və Loren Sançesin toyu Venesiyada baş tutub; şənliklər 26-28 iyun tarixlərində keçirilib. "Page Six" tabloidi milyarder və jurnalistin İtaliyaya səyahət etməzdən əvvəl ABŞ-da evləndiyini iddia edib.

Tədbirə ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və əri Cared Kuşner, Opra Uinfri, Bill Qeyts, Leonardo DiKaprio və Kardaşyan ailəsinin bir neçə üzvü də daxil olmaqla, təxminən 200 məşhur və biznes elitası dəvət olunmuşdu.

Samir
 

0