İlon Mask Sidney Suininin sinə dekoltesinə lağ etdi, tənqid olundu

MAQAZİN
17:07 / 18.12.2025
47

İş adamı, mühəndis və milyarder İlon Mask Hollivud aktrisası Sidney Suininin döşləri barədə şərh verdiyi üçün tənqid olunub. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

X platformasında (əvvəlki Twitter) video yayımlanıb, videoda Sidney Suini “Qadın xidmətçi” filminin Los-Ancelesdə 15 dekabrda keçirilən premyerasında görünür. Aktrisa tədbirdə ağ, dərin dekolteli, dəvə quşu tükləri ilə bəzədilmiş uzun paltar geyinib. Videonun altında İlon Mask bir şəkil paylaşıb, orada qadının sinə ölçüsü səbəbindən bel ağrısı çəkdiyi göstərilir. İnternet istifadəçiləri iş adamının aktrisanın dekoltesini istehza etdiyini düşünüblər.

X istifadəçiləri yazıblar: 

* "O, səndən 30 yaş gəncdir. Səribəsən".
* “Bu oğlan burda nə edir?”

Keçən həftə Sidney Suini Allure nəşrinə müsahibəsində plastik əməliyyatlar barədə yayılan şayiələri təkzib edib: "Mən iynələrdən çox qorxuram. Sadəcə, uşaqlar, siz mənim 12 yaşındakı fotomu 26 yaşımda, peşəkar makiyaj və işıqlandırma ilə çəkilmiş fotomla müqayisə edə bilməzsiniz. Təbii ki, fərqli görünəcəm! Sosial şəbəkələrdə hər kəs sadəcə özündən çıxır! Üstəlik, əgər bunu etsəydim, uşaqlar, üzüm düz olardı".

Samir
 

0