Dünən müğənni Əlikram Bayramovun evində şad gün olub.
Sənətçi nəvəsinin kiçik toy məclisini edib. Əlikram Bayramov Qaynarinfo-ya açıqlamasında 3 məclisi bir yerdə keçirdiyini bildirib:
"Əkiz nəvələrdən biri oğlandır. Dünən ona kiçik toy məclisi etdim. Əkiz nəvələrimlə mən eyni gündə doğulmuşuq. Odur ki, düşündüm, nəvə-baba ad günlərimizi də elə kiçik toy məclisinə salaq. Beləcə 3 məclisi bir arada kiçik toy şəkilində qeyd etdik. Toya çox az adam dəvət etdim. Cəmi 300 nəfər. İnşallah, nəvələrin böyük toyunda iki dəfə artıq adam dəvət edəcəyəm”.


