Bezosun arvadı 50 min dollarlıq çantayla ictimaiyyət qarşısına çıxdı - FOTO

MAQAZİN
17:39 / 23.12.2025
48

"Amazon"un qurucusu və milyarder Ceff Bezosun həyat yoldaşı, jurnalist Lauren Sançes, 50 min dollar dəyərində çantası ilə ictimaiyyət qarşısına çıxıb.

HİT.az xəbər verir ki, bu barədə "Page Six" saytı yazıb.

Paparatsilər Lauren Sançes və Ceff Bezosu Aspendə çəkiblər. Jurnalist bordo rəngli "Christian Dior" palto ilə görünüb; bu paltar 2000-ci ilin payız kolleksiyası üçün Con Qalliano tərəfindən hazırlanıb. Televiziya aparıcısı qara şalvar, bot və papaq da geyinib. Məşhur qadın görünüşünü Hermès Kelly brendinin timsah dərisindən hazırlanmış 50 min dollar dəyərində çantayla tamamlayıb.

19 dekabrda Lauren Sançes 56 yaşını qeyd edib. Ceff Bezos və Lauren Sançesin toy mərasimi Venesiyada baş tutub; bayram tədbirləri 26–28 iyun tarixlərində keçirilib. "Page Six" tabloidinin məlumatına görə, milyarder və jurnalist İtaliyaya getməzdən əvvəl ABŞ-da gizli şəkildə evləniblər.

Samir

0