İnternet istifadəçiləri Sasseks hersoginyası Meqan Marklın biznesinin uğurunu şübhə altına alıblar.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
"Reddit" istifadəçiləri Meqan Marklın "As Ever" brendinin nə qədər məhsulu qaldığını öyrənmək qərarına gəliblər. Bunun üçün onlar brendin maksimum sayda məhsulunu onlayn səbətlərinə əlavə ediblər. Nəticələr göstərib ki, Marklın evində hələ 220 min banka mürəbbə, 30 min banka bal, 30 min glintveyn dəsti, təxminən 90 min şam, 110 min çay banka, 80 min yeyilə bilən çiçək səpintisi və 70 min şərab butulkası qalıb.
Bu məlumatın internetdə yayılmasından sonra "As Ever" saytında məhsul almaq üçün limitlər tətbiq edilib: istifadəçilər indi ən çox 50 hədiyyə dəsti və ya 20 şərab butulkası ala bilərlər. Lakin bu hadisədən sonra istifadəçilər Meqan Marklın biznesinin uğurlu olub-olmadığına şübhə ediblər.
"Daily Mail" oxucularının yazdıqları şərhlər:
* "Bu sadəcə gülməlidir. Onlar biznesin yenə uğursuz olduğunu qəbul etmək əvəzinə məlumatı bloklayırlar".
* "Bu deməkdir ki, məhsullar satılmır".
* "Heç kim təəccüblənməyib?"
* “Əgər bir nəfər uğursuzluğa layiqdirsə, o da Meqan Markldır. Şahzadə Harri onsuz da tam uğursuz olub".
Samir


