"Nə bu gün, nə sabah, nə vaxt gəlsə, ona qucaq açaram. Bacısına demişəm, Səidə gəlsin. Bacısı deyib ki, həyat yoldaşı heç mənimlə danışmağa qoymur. Onun da öz maraqları var".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Tarixin bir günü" verilişində deyib. Müğənni bacısı Sədaqət Dadaşovanın müğənni qızı Səidə dadaşovadan danışıb:
"Verilişə də, evimizə də gəlsə, fərqi yoxdur... Səidə bizim canımız, qanımızdır. Kimlərsə onu öz maraqlarına görə yönləndirir. Belə xasiyyətdə insan olur ki, onların zəifliyindən istifadə edirlər".
Qeyd edək ki, Səidə bir müddət əvvəl anası Sədaqət Dadaşovanın ondan imtina etdiyini bildirib. S.Dadaşova da qızı ilə danışmaq istəmədiyini təsdiqləyib. Səidə mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır. Səidə Maqa adlı şəxslə ailəlidir və onun bu nikahdan bir oğul övladı var.


