Mənzurə Musayeva: Duet oxuyanlar sevgiliyə çevrilir

MAQAZİN
15:05 / 17.01.2026
52

Mənzurə Musayeva duet oxumağın sonunun sevgiyə çevrildiyini deyib.

İfaçı “Qonaqcanlı” verilişində bildirib:

“Duetin sonu sevgiyə çevrilir. Ona görə bu cür ifaları məsləhət görmürəm. Mən Səyyad Əlizadə ilə oxumuşam. O da kaset buraxıb sağollaşmışıq.

Səyyad Əlizadənin hobbisi idi. Səsinə uyğun olanlarla oxuyub, kaset çıxardırdı, vəssalam. Əminliklə deyirəm ki, duetlərin 80 faizinin sonu sevgi ilə bitir”.//Yeni Sabah
 

0