İki müğənni studiyada küsülülüyə son qoydu - VİDEO

MAQAZİN
16:44 / 18.02.2026
49

ARB TV-də yayımlanan “Günə Uğurla” verilişində duyğulu anlar yaşanıb.

Canlı efirdə aparıcının təşəbbüsü ilə uzun müddətdir aralarında qalmaqal yaşanan iki ifaçı barışıb.

Belə ki, bir müddətdir qalmaqalları ilə gündəmdən düşməyən müğənnilər, Kəmalə Günəşli və Ofelya Şabnova studiyada üz-üzə gəlib. Səmimi söhbət zamanı tərəflər aralarındakı incikliklərə aydınlıq gətirib, keçmişdə baş verən anlaşılmazlıqları geridə qoyduqlarını bildiriblər.

Bununla da bir müddətdir sosial şəbəkələrdə müzakirə olunan küsülülük sona çatıb.

Daha ətraflı video məlumatı təqdim edirik:

0