70 yaşlı Mel Gibson özünə yeni sevgili axtarır – KİV

MAQAZİN
21:38 / 20.02.2026
45

“Cəsur ürək” filminin ulduzu, 70 yaşlı avstraliya-amerikalı aktyor və rejissor Mel Gibson yenidən subaydır və artıq yeni münasibət axtarışına başlayıb.

HİT.az xəbər verir ki, “Radar Online” nəşrinin yazdığına görə, 70 yaşlı aktyor 2014-cü ildən münasibətdə olduğu ssenarist Rozalind Ross (“Ata Styu”) ilə ayrılıq yaşayır. Mənbələrin bildirdiyinə əsasən, ayrılığın təşəbbüskarı məhz Ross olub, baxmayaraq ki, Gibsonun münasibəti qorumağa çalışdığı iddia edilir.

Buna baxmayaraq, aktyor uzun müddət tək qalmaq niyyətində deyil. İnsayderlərin sözlərinə görə, o artıq yeni münasibətə hazırdır və hətta onuncu övladının dünyaya gəlməsi barədə düşünür. 

Gibsonun üç fərqli qadından doqquz övladı var. Onun yeddi övladı təxminən 30 il davam edən və 2009-cu ildə boşanma ilə başa çatan Robin Murla evliliyindən dünyaya gəlib. Lüsiya adlı qızı rusiyalı pianoçu Oksana Qriqoryeva ilə münasibətindən doğulub, 2017-ci ildə isə Rozalind Rossdan Lars adlı oğlu dünyaya gəlib.

Hazırda Gibson 100 ildən artıq ömür sürmüş atasının nümunəsindən ilham aldığını və aktiv şəxsi həyat planlaşdırdığını bildirir. Aktyorun özündən xeyli gənc tərəfdaş axtardığı və onunla yeni ailə qurmaq istədiyi qeyd olunur.

Samir

0