Elza Seyidcahan onları məhkəməyə verəcək

MAQAZİN
19:25 / 28.02.2026
46

Əməkdar artist Elza Seyidcahanbəstəkar mahnılarını süni intellektlə dəyişənləri məhkəməyə verəcək.

Bu haqda sənətçi Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, bu yaxınlarda səhifələrdən birində mahnısı süni intellektlə dəyişdirilib:

"Bəstəkarların mahnısını belə etmək olmaz. Tək öz mahnımı yox, hər hansı bir bəstəkar mahnısını süni intellektlə dəyişənlərin hamısını məhkəməyə verəcəyəm. Ramiz Mirişlinin bir mahnısını gördüm, onu da dəyişiblər. Nisə Qasımovanın "Yalandır dünya" mahnısı süni intellektlə dəyişdirilib. Onların hamısını məhkəməyə verəcəyəm. Süni intellektlə mahnı aranjiman etmək qadağan olunmalıdır. Bunun qarşısı alınmalıdır. süni intellekt nə bilir Azərbaycan muğamını, ritmini? Hərə bir az mahnını dəyişdirsə, həmin bəstələrdən əsər qalmaz axı. Getsinlər süni intellektlə özləri mahnı hazırlasınlar. Amma bəstəkar mahnılarına toxunmasınlar. Belə getsə mahnılar yaddan çıxacaq. Bunun qarşısı alınmalıdır. Bu, məhkəməlikdir".

0