Türkiyəli müğənni İbrahim Tatlısəs bu yaxınlarda illərdir problemləri və hətta məhkəmə çəkişmələri olan övladları Dilan Çitak və Ahmet Tatlısəsi mirasdan məhrum edəcəyini bildirib.
Axşam.az xəbər verir ki, Tatlısəsin açıqlamasından sonra Çitak mirasdan imtina etməyəcəyini, AhmetTatlıses isə atasının erkən mərhələli demensiya əlamətləri göstərdiyini vurğulayıb.
Dilan Çitak açıqlamasında "İbrahim Tatlısəsə qarşı deyildim, onun mənə qarşı münasibətinə qarşıyam. Onu bağışladım, amma o, mənə onu bağışlamaq şansı vermir" deyib.
Tatlısəsin sayəsində məşhurlaşdığı iddiasının doğru olmadığını bildirən Dilan Çitak ətrafındakılar tərəfindən böyük maneələrlə qarşılaşdığını söyləyib.
Tatlısəsin xanımlarından olan Derya Tuna haqqında açıqlamalar verən Çitak "Bilirəm ki, mən Polat Yağcının masasında oturarkən İbrahim Tatlısəsin keçmiş xanımı Derya Tuna zəng edib dedi ki, "İdoda etmədiyin sərmayəni o qıza qoymayacaqsan".
Atasının İbrahim Tatlısəs olduğunu öyrənəndə 17 yaşında olduğunu bildirən Dilan Çitak "Ondan heç vaxt məni qəbul etməsini istəməmişəm. Həmişə tərəddüd etmişəm və İbrahim Tatlısəsin qızı olduğum üçün heç vaxt qürur duymamışam. Çox yaxşı bir həyat sürərkən birdən Dilan mənim qızımdır dedi. Məni yanına çağırdı, şəkillər çəkildi. Dedilər ki, qeydiyyata alırıq. Düşünürəm ki, ona vaxtında dərman verilməyib. Hətta yanında olduğum zaman belə dərmanının verilmədiyinin şahidi oldum. Ətrafındakı insanlar İbrahim Tatlısəsin sağlamlığı ilə maraqlanmırlar. Ətrafındakı insanlar yalnız İbrahim Tatlısəsin pulu ilə maraqlanır. Qanunla miras haqqımı istəyəcəyəm" sözlərini əlavə edib.
Ahmet Tatlısəs "Uşaq atasından nifrət edə bilməz, ata da övladından nifrət edə bilməz. Onun problemləri var. Bu problemlər onu bu şeyləri deməyə məcbur edir. O, çoxlu yalan danışır. Əmlak və mülk haqqında dediklərinin əksəriyyəti doğru deyil. Uşaqlarından bir neçəsi rahatdır. Qalanları, xüsusən də qızları, rahat həyat sürmürlər.Bu, demensiyanın başlanğıcı ola bilər. Onun unutqanlığı bunun göstəricisidir. İbrahim Tatlısəsin konsertlərdə tualetə getməsinə belə icazə vermirlər. Tualetə getməməsi üçün ona dərman verirlər" deyə, açıqlamaya reaksiya verib.

