Xatun da iynə ilə arıqladığını etiraf etdi

MAQAZİN
19:29 / 07.03.2026
48

Müğənni Xatun Əliyeva xeyli çəki atmasının səbəbini açıqlayıb. 

Axşam.az xəbər verir ki, əvvəl pəhrizlə arıqladığını söyləyən ifaçı dərman vasitəsilə artıq çəkidən xilas olduğunu etiraf edib. Bu haqda "Qonaqcanlı" verilişində danışan Xatun son günlər 2, 5 kiloqram daha çəki atdığını bildirib:

"İnsanı kökəldən insulin dirəncidir. Bu cür insanlar kökəlməyə meyilli olurlar. Müəyyən dərmanlar edilir. Sağlam formada edilməlidir. Bundan sonra nəzarətdə olmalısan: nə qədər piy əridi, əzələ getdi, vitamin çatışmır. Burada dırnaq və saç tökülməsi ola bilər. Həm mənəvi, həm də maddi çətindir. Hər səhər yumurta yeməli, su içməlisən. Burada iynələr də vurulur".

0