"Bir-birimizə dəstək olmuruq. Heç sosial şəbəkədə izləməyə almırıq. Bizdə bilmirəm bu hansı eqodan irəli gəlir. Bir-birimizi izləməyə utanırıq".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Lətifə "Sevilən səhər" proqramında deyib. Sənətçi şou-biznes nümayəndələrinin bir-birinə dəstək olmamasından şikayətlənib. O bildirib ki, bu paxıllıqdan irəli gəlir:
"Bunun mənasını anlaya bilmirəm. Mənasını paxıllığa bağlayıram. Bir-birimizin yeni işlərini paylaşsaq necə gözəl olar? Harasa gedəndə bir-birimizə "salam" da vermirik. Deyirik, birinci o salamlaşsın. Mehribançılıq önəmlidir".


