Aktrisa Meqan Foks övladının atası olan repçi Maşin Qan Kelli ilə yaşanan konfliktə işarə edib.
HİT.az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Ulduzlara yaxın mənbənin bildirdiyinə görə, Meqan Foks “Instagram”da Kellini izləmədən çıxarıb və bloklayıb. Jurnalistlər həmçinin diqqət çəkiblər ki, repçinin aktrisanın son paylaşımının altına yazdığı “Uşağımızın olmasına şadam” sözləri sonradan silinib. Tərəflər isə yayılan şayiələrə hələlik münasibət bildirməyib.
2024-cü ilin dekabrında TMZ tabloid nəşri Meqan Foksun Maşin Qan Kelli ilə yenidən ayrıldığını yazmışdı. Ayrılığın Şükran günü baş verdiyi bildirilir. Məlumata görə, aktrisa Kellinin telefonunda onu çox məyus edən bir şey tapıb və bundan sonra tətili yarımçıq qoyaraq evinə qayıdıb.
28 martda Meqan Foks və Maşin Qan Kellinin bir qız övladının dünyaya gəldiyi açıqlanıb. Noyabr ayında isə cütlük Los-Anceles zooparkında gəzinti zamanı birlikdə görüntülənmiş, paparatsilər üçün foto da çəkdirmişdilər.
Samir

