Hollivud aktrisası Şeron Stoun plastik əməliyyat etdirməsi ilə bağlı şübhələrin mərkəzinə düşüb.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
68 yaşlı Şeron Stoun Nyu-Yorkda yerləşən "SiriusXM" studiyasının qonağı olub. Aktrisa səliqə ilə düzülmüş saç düzümü və çəhrayı kölgələr, qara tuş və dodaq boyasından ibarət makiyajla kamera qarşısına keçib. Sosial şəbəkə istifadəçiləri sənətçinin üzündəki dəyişikliklərə diqqət yetirərək onun görünüşünün xeyli fərqləndiyini qeyd ediblər. Bəzi pərəstişkarların fikrincə, məşhur üz gərmə əməliyyatı etdirib.
"Şeron Kris Cenner kimi üz gərmə əməliyyatı etdirib?”, “Miss Stoun sanki üz gərmə etdirmiş kimi görünür. O, 68 yaşında necə bu qədər təravətli görünə bilir?” – deyə izləyicilər "X" (keçmiş "Twitter") və "Reddit" platformalarında yazıblar.
Fevral ayında Şeron Stoun Hollivudda keçirilən “Blöf” filminin premyerasında iştirak edib. Aktrisa tədbirə dərin dekolteli qəhvəyi bluza, qara şalvar kostyumu və yaşıl hündürdaban ayaqqabı ilə qatılıb. O, obrazını klatç çanta və iri, parlaq sırğalarla tamamlayıb. Məşhurun saçları dalğalı formada düzülüb, makiyajında isə çəhrayı ənlik və fuşiya rəngli dodaq boyası istifadə olunub.
Samir


