Kanye Uestin Britaniyaya girişi qadağan oluna bilər

MAQAZİN
14:44 / 07.04.2026
43

Rapper Kanye Uestin antisemit məzmunlu paylaşımlarına görə Böyük Britaniyaya girişinin məhdudlaşdırılması müzakirə olunur. 

HİT.az xəbər verir ki, bu barədə “Independent” nəşri xəbər verir.

Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq bildirib ki, Daxili İşlər Nazirliyi Kanye Uestin ölkəyə buraxılıb-buraxılmaması məsələsinə baxır. Lakin o, mümkün qadağa ilə bağlı şərh verməkdən imtina edib.

“Onun Böyük Britaniyaya daxil olub-ola bilməsi barədə qərar Daxili İşlər Nazirliyinin səlahiyyətindədir və bu məsələ hazırda nəzərdən keçirilir. Bu barədə şərh verməyim düzgün olmaz”, deyə Striting bildirib.

Bir neçə gün əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmer Londonda keçiriləcək “Wireless” festivalında Kanye Uestin çıxışı ilə bağlı narahatlığını ifadə edib. O vurğulayıb ki, antisemitizm istənilən formada qəbuledilməzdir və harada baş verməsindən asılı olmayaraq qəti şəkildə mübarizə aparılmalıdır.

Daha əvvəl Liberal Demokratlar Partiyasının lideri Ed Deyvi də Uestin ölkəyə girişinin qadağan edilməsinə çağırış etmişdi. “Wireless” festivalının təşkilatçıları isə London meri Sadıq Xan və müxtəlif Britaniya yəhudi təşkilatları tərəfindən tənqid olunub.

Samir
 

0