Müğənni 700 minlik qol saatı ilə gündəm oldu (FOTO)

21:33 / 01.06.2020
2098

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş bu dəfə saatı ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, “Hürriyet” qəzeti sənətçinin 700 min TL (174 720 AZN) dəyərində aksessuar taxdığını qeyd edib. 

Sözügedən saat ən bahalı məhsulları ilə seçilən “Patek Philippe” brendinin “Nautilus” modelidir.

Markanın 1976-ci ildə ictimaiyyətə təqdim etdiyi qol aksessuarı özəl əl işidir, klassik modeldədir. Məhsul ağ və sarı qızıldan hazırlanıb.

0