Xalq artisti Emin Ağalarovun keçmiş xanımı Alyona Qavrilovanın oğlunun doğum günüdür.
O, bu barədə sosial şəbəkə hesabında təbrik yazıb. Oğluyla fotosunu paylaşan Alyona ona belə şərh verib:
"Əziz, sevimli və yeganə oğlum! Səni ad günün münasibətilə təbrik edirəm! Sən sosial şəbəkələrdə yoxsan, hələ ki) lakin bilirəm ki, bu təbriki görəcəksən! Sən mənim həyatımsan!
Həyatda bu qədər şanslı olub, sənin kimi bir hədiyyəyə sahib olduğumun səbəbini bilmirəm! Bu, böyük xoşbəxtlikdir! Biz atanla sənə xoşbəxt olmağın üçün hər şeyi verməyə çalışacağıq və həmişə yanında olacağıq! Mənim fəxrim! Səni hədsiz dərəcədə sevirəm! Sənin anan".
Həmin fotonu təqdim edirik:
Big.az