Qorxaq adam vəzifəyə görə anasını satar - Aparıcı

MAQAZİN
20:03 / 02.06.2020
1787

“Qorxu! Cəmiyyətimizin ən böyük eyibi. Qorxaq adam satqın olur, vəzifəyə, şöhrətə, pula, komfortuna görə dostunu, anasını, qardaşını da satar”.

Bu sözləri teleaparıcı Hüsniyyə Məhərrəmova “Instagram” hesabında yazıb.

O, insanları haqqını tələb etməyə və cəsarətli olmağa səsləyib:

“Qorxağın söz deməyə cürəti çatmır deyə, həmişə başqasının qulu olur. Daha sonra özündən zəif olanlarla qul kimi davranır... Qorxaq adam vicdanını satır, saxtakarlıqdan da çəkinmir, inkişaf etmir, gələcəkdən, dəyişiklikdən qorxur, bataqlığa çevrilir.

Qorxaqların çoxluq təşkil etdiyi cəmiyyət qoyun sürüsünə çevrilir. Odur ki, uşaqlarınızı mərd böyüdün. Onlara şəxsiyyət olmağı öyrədin. Uşaqlıqda “xoxan”la qorxutmaqdansa, böyüyəndə çoxsaylı sevgisiz, hörmətsiz və qorxu içində böyumüş şəxslərə qalib gəlib, insan olmağı öyrədin. Gələcəkdə bizim uşaqların quracağı sağlam cəmiyyəti görmək ümidi ilə...”

Qeyd edək ki, H.Məhərrəmova sonuncu dəfə AzTV-də yayımlanan “1 AzTV” əyləncəli proqramının aparıcısı olub. O, bir müddət sonra həm layihə, həm də kanalla yollarını ayırıb. 

0
oxu.az