"Tək arzum budur..." - Pərvin Abıyeva (VİDEO)

MAQAZİN
09:31 / 03.06.2020
2177

“Artıq bir ildir ki, Bakıdayam. İstanbula ayda bir-iki dəfə gedib gəlirəm”.

Bu sözləri məşhur aktrisa Pərvin Abıyeva “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.

Sənətçi hamıya inandığını və xasiyyətindəki saflığının ona ziyan gətirdiyini söyləyib: “Çox safam. Hər şeyə inanıram. Bu heç yaxşı xüsusiyyət deyil. Belə olmağım mənə ziyan vurur. Hamını özün kimi qəbul edirsən. Özündə olan səmimiyyəti istəyirsən ki, qarşında olan insanda da görəsən, görməyə çalışırsan, hətta öz-özünü buna məcbur edib görürsən. Bir sözlə, özün özünü aldadırsan”.

Verilişin aparıcısı Zaur Kamalın “Gözəlliyindən neçə adam ölüb?” sualına P.Abıyeva “Gözəlliyimdən ölən olmayıb” deyərək, fikirlərini belə davam edib: “Gözəlliyimə görə özündən gedən çox insan olub. Amma bunu tək gözəlliyimlə əlaqələndirməzdim. Sevənim hər zaman çox olub. Sevilən bir insanam”.

Zaurun “Hələ müğənni olsan, gör nələr olar” şərhinə aktrisa “Planımda oxumaq da var”, - deyərək, fikir bildirib.

Proqramda Pərvin ən böyük arzusunu da dilə gətirib: “Ən böyük arzum ana olmaqdır. Ondan başqa heç bir arzum yoxdur. Valideyinlərimin də arzusu mənim toyumu və ana olmağımı görməkdir. Amma hazırda həyatımda heç kim yoxdur. 29 yaşım var, 22 yaşımdan bu sənətdəyəm. Azərbaycanda 90 faiz əhali məni tanıyır”.

0
Oxu.az