Bir də baxıram ki, uşaqlarım ac qalıb - Xuraman Şuşalı

MAQAZİN
14:02 / 03.06.2020
1667

"Diş həkimim bu yaxınlarda mənə dedi ki, dişlərini uşaqlarına qurban verdin. Muncuq kimi dişlərin indi hanı? Uşağımı ana südü ilə bəslədim. Çox çalışıram ki, onlara vaxt ayırım. Sağlam övlad olsunlar".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "7 canlı" proqramında deyib. Uşaqlarından danışan sənətçi onlara tək baxdığını söyləyib:

"Demirəm ki, uşağımı böyüdürəm gələcəkdə mənə baxsın. Əməli saleh uşaq olsunlar. Onlardan heç nə istəmirəm. Bəzi hallar adamı çox incidir. Uşaq böyüyəndə anaya deyir ki, sənə demişdim məni dünyaya gətirəsən? Biz də bəzən valideynlərə bu sözü demişik. Bunu eşitməmək üçün çalışıram.

Nə qayınana, nə baldız, nə bacıdan kömək gözləyirəm. Yükün altına özüm girirəm. Həftəsonu yoldaşım evdə olur. O ümid edir ki mən, mən ümid edirəm ki, o uşaqlara yemək verəcək. Bir də baxıram, uşaqlar ac qalıb. Yenə də durub özüm edirəm".

Qeyd edək ki, Elçin adlı şəxslə ailəli olan Xuramanın 4 övladı var.

0