“Həyatım boyunca atam qədər bağlı olduğum ikinci adam olmayıb. Məni onun qədər heç kim tanıya, anlaya bilməz”.
Bu sözləri müğənni Şəbnəm Tovuzlu ATV kanalında yayımlanan “Şou ATV” səhər şousunda deyib.
Atasına hədsiz bağlılığından danışan sənətçi oğlan kimi böyüdüyünü etiraf edib:
“Atam yaşlıdır, 65 yaşı var. Efirdə məni izləyəndən sonra deyir ki, niyə bikef idin, üzün gülmürdü, danışanda çəkinirdin. Hər zaman məni hiss edir. Evdə tək uşaq olduğumdan atam məni oğlan kimi, ərköyün böyüdüb.
14-15 yaşına qədər yubka geyinməmişəm. Az yaşlarımdan avtomobil idarə etmişəm.15 yaşına kimi atamın qucağında yatmışam. Nənəm də irad tuturdu ki, belə olmaz, sən artıq böyümüsən. Atamdan ayrıla bilmirdim. Onu çox sevirəm”.
Oxu.az