Estrada səhnəmizin ekstravaqant bəstəkar-müğənnisi Əməkdar artist Elza Seyidcahan yeni görünüşü ilə diqqət çəkib.
“Xəzər” televiziyasının yeni layihəsi “Fəlidən doğru xəbər” proqramının qonağı olan sənətçi başına gəlincik qoyaraq, orijinal saç düzümü ilə verilişin aparıcısı Elşən Orucovla kamera qarşısına keçib.
Verilişin kulis arxasında lentə alınan şəkillərini sosial media hesabında paylaşan Əməkdar artist qalmaqallı şərhi ilə həmkarlarını növbəti dəfə sancıb:
“Ağıllı başımda boş başlı nankorlar əvəzinə, ağıllı gəlinciklər otursun”
Oxu.az