Müğənni Şəbnəm Tovuzlunun həmkarı Damlaya cavabı gecikməyib.
Sənətçi Damlanın "Nəyinki Şəbnəmlə, heç bir ifaçı ilə efirə çıxmıram" sözlərinə Axşam.az-ın İnstaqram səhifəsində reaksiya bildirib.
Şəbnəm deyib ki, heç vaxt damla ilə birlikdə efirə çıxmaq təklifi olmayıb:
"Bütün sənət dostlarıma hörmətim var, Damlaya da. Zaur Kamalın verilişdəki sözünə ("Şəbnəm Tovuzlu sizlə efirə çıxmaq istəyib, amma razılaşmamısınız" cümləsi nəzərdə tutulur - red.) təəccübləndim. Zaur, siz mənə ən az dörd dəfə efirinizdə təklif etmisiniz ki, Damla ilə qonaq olum. Mən də cavab vermişəm ki, niyə də olmasın, fərq etməz, gələrəm. Heç vaxt deməmişəm ki, kimləsə efirə çıxmaq istəyirəm. Mənim dilimdən belə söz çıxmayıb.
Bəli, bu gün hər ikimiz eyni yolla gedirik, eyni janrda oxuyuruq. Bizi sevən bir kütləmiz var. Bu da bir uğurdur. Hər zaman da mehriban və yaxşı olmuşuq".
Qeyd edək ki, aparıcı Zaur Kamalın "Şəbnəm Tovuzlu sizlə efirə çıxmaq istəyib, amma razılaşmamısınız" sualına Damla "Nə deyim. Heç bir sənət dostumla efirə çıxmıram. Dəfələrlə demişəm bunu" cavabını verib.