Film çəkilişində partnyorlarına aşiq olan MƏŞHURLAR — FOTO

MAQAZİN
23:47 / 11.06.2020
2464

Sadə həyat sürən insanlar kimi aktyor və aktrisalar da öz həmkarlarına aşiq olub, eşq yaşayırlar.

''Ölkə.Az'' xəbər verir ki, film çəkilişlərində öz həmkarına vurulan məşhurları təqdim edirik.
Robert Pattinson və Kristen Stevart – ''Twilight'' filmi

2008-ci ildə çəkilən ''Twilight'' filmindən sonra eşq yaşayan cütlük 2013-cü ildə yollarını ayırıblar.


Cennifer Lavrens və Darren Aronofsky – ''Mother'' filmi
Cütlük 2017-cil ildə çəkilən ''Mother'' filmindən sonra eşq yaşayamağa başlayıblar. Ancaq bu məşhur cütlüyün münasibətlərinin ömrü 1 ildən çox çəkməyib.


Cavier Bardem və Penelope Kruz – ''Barcelona Barcelona'' filmi
Cütlük ilk dəfə 1992-ci ildə çəkilən ''Jamon Jamon'' filmində tanış olublar. Ancaq 2010-cu ildə ''Barcelona Barcelona'' filminin çəkilişdən sonra ailə qurublar. Məşhur cütlüyün Leo və Luna adlı iki uşaqları var.


Liam Hemsvort və Mayli Sayrus – ''The Last Song'' filmi
Cütlük üç illik qalmaqallı münasibətdən sonra 2012-ci ildə nişanlanaraq 2013-cü ildə ayrılıblar. Ancaq 2018-ci ildə evlənib, elə həmin il də boşanıblar.


Ryan Gosling və Rachel McAdams - ''The Notebook'' filmi
2004-cü ildə ''The Notebook'' filmində tanış olan cütlük 3 il Hollivudun ən məşhur cütlüklərindən biri olaraq tanınıblar. Cütlük 2007-ci ildə yollarını ayırıblar.


Kit Harinqton və Rouz Leslie – ''Game of Thrones'' serialı
Harrinqton ''Bu serialda həyat yoldaşımla tanış oldum. Serial mənə gələcək ailəmi və həyat yoldaşımı bəxş etmiş oldu'' sözlərini deyib. 2017-ci ildə nişanlanan cütlük Şotlandiyada toy ediblər.


Blak Lively və Ryan Reynolds – ''The Green Lantern'' filmi
Cütlük ilk dəfə tanış olanda Ryan Reynolds Skarlet Cohansonla evli olub. Aktyor boşandıqdan sonra Blak Liveli ilə ailə həyatı qurub. Cütlüyün üç uşaqları var.

Ölkə.Az

0