Yığdıqlarımı xərcləyib qurtarmışam, borc istəməyə utanıram - VİDEO

23:35 / 12.06.2020
2311

Əməkdar artist Mətanət İsgəndərli karantin günlərində maddi vəziyyətinin çətin olmasından danışıb.

Xəzər televiziyasında yayımlanan “55” verilişinin qonağı olan sənətçi həm də qohumlarına köməklik etdiyini bildirib: "Bəli, Nadir bilir. Qohumları da saxlayıram. Utanıram, 30 ildən çoxdur toylara gedirəm, sənətdəyəm, amma heç bir biznesim yoxdur. Heç kimdən borc ala bilmirəm”.

Xanım sənətçi aparıcının “Yığdıqların dekabra qədər bəs edər?” sualına “ Yox, yığdıqlarım da 2 aya qurtardı" – deyə cavab verib.

Həmin görüntüləri təqdim edirik:

2
Yenisabah.az