Əməkdar artist Elnarə Abdullayeva onu təhqir edən izləyicisini polisə şikayət edib.
O, bu barədə ATV-də yayımlanan “Zaurla Günaydın” verilişində məlumat verib.
“Bu yaxınlarda mənə şər-böhtan ataraq, təhqir edən bir musiqiçini 102-yə zəng vuraraq şikayət etdim. Bilirsiniz, insanlar bəzən öz çəkilərini bilmirlər, başlayırlar başqalarının gözündə çöp axtarmağa. Hazırda iş Yasamal polisindədir. Onunla özləri məşğul olacaqlar”,- deyə, o, bildirib.
Daha sonra o, bu cür insanların üzrlərini heç vaxt qəbul etməyəcəyini də bildirib.
“Bu cür insanların üzrlərini heç vaxt qəbul etmərəm. Etdiyi səhvlərinin cəzasını ödəməlidir”.
Olke.az