Ötən ay İngiltərənin ən zəngin xanım musiqiçisi seçilən Rihanna yeni evi ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, Qərb KİV-nin məlumatına əsasən, pop ulduz televiziya realiti şousu üçün icarəyə götürülən villada yaşamaq qərarına gəlib.
32 yaşlı ifaçı avqusta qədər Hamptonsun Şimal dənizi ərazisindəki 8 min kvadrat metrlik ərazidə yaşayacaq. O, bunun üçün 415 min dollar kirayə haqqı ödəyib. Həmçinin Rihanna ev üçün 1 milyon dollar məbləğində təhlükəsizlik depoziti ayırıb.
Uzun illərdir Londonda yaşayan sənətçi sentyabrda Malibuya köçəcək.