"Həbsxanadan çıxıb yenə dörd divar arasında qaldım" - Fədayə Laçın

MAQAZİN
23:11 / 22.06.2020
2088

Müğənni Fədayə Laçın uzun müddətdir Moskvadan qayıda bilmədiyini söyləyib.

Axşam.az xəbər verir ki, sənətçi "Hüseynova bacıları" proqramının virtual qonağı olub. O bildirib ki, Bakıya qayıtmağı fikirləşmir:

"Martda eşitdim ki, koronavirus var, uşağımı götürüb qaçdım Moskvaya. Gəldim ki, burada da virus var. Baxdım ki, harda yoxdursa, ora gedim. Hər yerdə koronavirus var. İndi də Moskvadan gəlmək istəmirəm. Burada hər yer açılıb. Toylar da başlayacaq.

Hərdən fikirləşirəm ki, dörd divar arasından çıxdım, yenə girdim dörd divar arasına. Amma şükür edirəm ki, oğlum yanımdadır".

0