Xalq artisti: “Qayınanalar hər zaman haqlıdırlar” - VİDEO

21:45 / 27.06.2020
1883

Xalq artisti Gülyanaq Məmmədova gəlin-qayınana münasibətlərindən danışıb.

Axşam.az xəbər verir ki, “Üç əlli” verilişinə qonaq olan müğənni qayınanaların hər zaman haqlı olduğunu deyib:

“Qəşəng qayınanalarımız da, gəlinlərimiz də var. Ailədir, söz-söhbətsiz olmur. Çəkişməsən, bərkiməzsən. Qayınanalar hər zaman gəlinin xeyrinə danışır.

Onlar həyat görüb, zaman keçib. Gəlinlər müasir dövrdə yaşayıblar, ola bilər, fikir düz gəlməsin. Amma anlayışlı olub, güzəştə getmək lazımdır”.

0